Böyük Britaniyalı qız atasını bağlı saxladığı evi yandırıb.
Unikal.org xəbər verir ki, Emma Sadler adlı qız bu əməlinin səbəbini evin yerləşdiyi yerin lənətlənmiş olması ilə izah edib. Kişi isə yanğın zamanı tüstüdən boğulub ölüb. Emmanı birbaşa müalicə aldığı psixi xəstəxanadan həbsə alıblar.
Məhkəmədə bildirilib ki, 28 yaşlı qız atasını bağladığı doğma evini yandırarkən qəhqəhə çəkirmiş. Halbuki onları tanıyanlar ata ilə qızının yaxşı yola getdiyini deyirdilər.
Hadisədən bir müddət əvvəl qonşular və yoldan ötənlər qızın pəncərədən bağıra-bağıra bu sözləri dediyini eşidiblər: "Xahiş edirəm, başqaları kimi olmayın. Gözünüzdəki pərdəni götürün. Aramızda iblislər var.
Faciəyə bir gün qalmış atası qızını çox həyəcanlı vəziyyətdə evə gətirib. Ertəsi gün atası təcili yardım çağırsa da, vaxtında gəlməyib. Tezliklə şahidlər evdə yanğın çıxdığını və yaxınlıqda dayanan qızın əlində şam tutduğunu görüblər.publika.az