Fransanın Qras şəhərində liseydə atışma olub.
Unikal.org xarici KİV-ə istinadən bildirir ki, hadisənin terror aktı olmadığı, şəxsi münaqişə zəminində törədildiyi müəyyənləşib. Belə ki, ilkin xəbərə əsasən, 17 yaşlı oğlan lisey rəhbərliyinə atəş açıb. Nəticədə direktor və daha 7 nəfər yaralanıb.
Hadisəni törədən gəncin iki tapança, ov bıçağı və iki təlim qumbarası ilə silahlandığı bildirilir. Yerli KİV-in məlumatına görə, onun hədəfi məktəb direktoru olub.
Artıq həmin şəxs saxlanılıb, onunla əlbir olduğu ehtimal olunan şəxs isə axtarılır.