Aralıq dənizinin Liviya sahillərində Türkiyəyə məxsus yük gəmisi batıb. 

Unikal.org-un "The Libya Observer nəşrinə istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində 8 dənizçi boğularaq ölüb, 5 nəfəri xilas etmək mümkün olub. Ekipaj üzvlərinin hamısının Türkiyə vətəndaşı olduğu bildirilir.

Liviya Sahil Mühafizə Xidmətinin məlumatına görə, insident Misrata limanı yaxınlığında qasırğa zamanı baş verib. Gəmi mərmər plitələr daşıyırmış. İnsidentin təfərrüatları müəyyənləşdirilir.