"On beş il ərzində Mərmərə dənizi üçün ən böyük ssenari 7,7 bal gücündə bir zəlzələnin baş verməsidir.
Unikal.org Türkiyə mediasına istinadən xəbər verir ki, bunu Yıldız Texniki Universitetinin professoru, geoloq Şükrü Ərsoy deyib.
"Bu vəziyyətdə 15 milyon əhalisi olan İstanbulda bir çox binanın yıxılacağını düşünürük. Mərmərə dənizində 7 baldan daha böyük gücdə baş verəcək zəlzələ sunamiyə səbəb ola bilər. İstanbul üçün ən böyük ssenari olan 7,7 ballıq zəlzələ Kocaeli zəlzələsindən 3 dəfə daha çox enerji anlamına gəlir. Zəlzələ zamanı ölüm ehtimalı 1 faiz olsa belə, ölü sayının 145 min ola biləcəyini təxmin edirik. Yıxılacaq binaların sayı 80 minə çata bilər. Bundan başqa, 2-2,5 milyon insanı müvəqqəti binalarda saxlamaq lazımdır, - deyə geoloq bildirib.(publika.az)