İdmançı Kamil Zeynallı ilə jurnalist Əfruzə Ağayevanın məhkəmə çəkişməsi başa çatıb.

Unikal.org xəbər verir ki, bu barədə jurnalist Əfruzə Ağayeva açıqlama verərək məhkəmə qərarı ilə tam razı olmadığını söyləyib:

"Demişdim axı Kamil Zeynallı sonda üzr istəyəcəksən, vəssalam. Ancaq qərarla tam razı deyiləm yenidən appelasiya məhkəməsinə müraciət edəcəm. Çünki hakim K. Zeynallı üzr istədikdən sonra mənim də çalışdığım saytda aparıcı Şəbnəm Həsənovanın yazısına görə təkzib verməyimi istəyib.

Amma mən bunu etməyəcəm. Çünki yalan yazmamışam. Adam nə vaxt təkzib verər ? Yalan yazı yazanda. Amma Şəbnəm xanım etiraf edib və səs yazısı da var ki, deyir ki, Kamilin mənə söydükləri nəslindəki xanımlara getsin .