Qalmaqal daha da böyüyür

"Mənim nazirlərimi ölkəsinə buraxmayanlara qarşı bundan sonra bizim də uçuş qadağamız var".

Unikal.org-un "Anadoluya istinadən verdiyi xəbərə görə, bunu Eskişəhərdə, açılış mərasimində çıxış edən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Ərdoğan, Hollandiyanın qalmaqallı hərəkətinə cavab olaraq: "Bizim anti-demokratik, etiqad azadlıqlarına qarşı, mənim dövlətimin nazirinə, həm də bir xanım nazirinə qapılarını bağlayan və öz torpağım sayılan konsulluğa buraxmayan birilərinə qarşı, bizim də qapılarımız bağlıdır. Mənim Xarici İşlər nazirimə uçuş qadağası gətirənlərə bundan sonra bizim də uçuş qadağamız var deyib.