"Güman edirəm ki, nəticəsi yaxşı olacaq"
Bu fikirləri Unikal.org-a Milli Məclisin Regional Məsələlər Komitəsinin üzvü, deputat Fəzail İbrahimli deyib.
Bir müddət öncə nazirləri, komitə sədrlərini dövlət telefonuna cavab vermədikləri üçün sərt tənqid edən F.İbrahimlinin sözlərinə görə, hələlik zərurət yaranmadığı üçün tənqiddən nəticə çıxarıldığını yoxlaya bilməyib: "Fərd olaraq yox, ümumi şəkildə mən fikir bildirmişdim. Hələki mənə müraciət daxil olmayıb deyə eksperiment aparıb yoxlaya bilmirəm ki, nazirlər, komitə sədrləri telefonana cavab verirlər ya yox. Qarşılıqlı anlaşma olsun deyə mən fikir irəli sürdüm. Güman edirəm ki, nəticəmiz yaxşı olmalıdır. Mən seçicilərin müraciətləri ilə bağlı istəklərdən danışmışam. Çıxışımdan sonra xüsusi zərurət tələb olunmayıb deyə hansısa nazirə, komitə sədrinə zəng vurmamışam".
Həsən Babayev