Peruda baş verən güclü daşqınlar nəticəsində ölənlərin sayı 75 nəfərə çatıb.
Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, təbii fəlakət zamanı 263 nəfər xəsarət alıb, 12 min yaşayış evi, 25 məktəb, 8 xəstəxana dağılıb, 2 min kilometr avtomobil yolları və 9 min hektar kənd təsərrüfatı sahəsi su altında qalıb.
Qeyd olunur ki, təbii fəlakət "El-Ninyo iqlim fenomeni ilə bağlıdır. "El-Ninyo" okean və atmosfer cərəyanlarının dövretmə sxemlərinə təsir göstərir. Bu isə öz növbəsində yer kürəsində havaya və iqlimə təsir edir, bəzi regionlarda quraqlıqlara, digərlərində isə güclü yağışlara səbəb olur.