Martın 20-də İrəvanın Azadlıq meydanında növbəti etiraz aksiyasının keçirilməsi planlaşdırılır.

Unikal.org report.az-a istinadən bildirir ki, etirazçılar baş prokuror Artur Davtyanın istefası və Artur Sarkisyanın həbsə məhkum olunmuş hakimə qarşı cinayət işinin başlanılmasını tələb edirlər.

Qeyd edək ki, dünən Yerevanda aksiya zamanı etirazçılarla polis arasında toqquşma baş verib.
Xatırladaq ki, "Sasna tsrer" silahlı qruplaşmasına göstərdiyi dəstəkdə (onlara maşınla ərzaq gətirib) ittiham olunan Artur Sarkisyan martın 16-da "Ermənistan" tibb mərkəzində ölüb.