Suriyanın paytaxtı Dəməşqin Cobar bölgəsində müxalif qüvvələrlə Əsəd rejimi arasında davam edən silahlı atışmalar zamanı Rusiya səfirliyinin binası zərər görüb.

Unikal.org  xəbər verir ki, şəhərin iki fərqli ərazisində bomba quraşdırılan avtomobil partladılıb.

Hərbi əməliyyatlar zamanı şəhərdə yerləşən gizli tunellərdən də istifadə edildiyi bildirilib.

Qeyd edək ki, Dəməşqdə müxaliflər olduqca az ərazilərə nəzarət edir.