Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Səlim Müslümov bir neçə gün öncə ləğv edilmiş Dövlət Sosial Müdafiə Fondunda ilk iclasını keçirib.
Unikal.org-a daxil olan məlumata görə, nazir iclasda bir sıra tapşırıq və tövsiyyələrini verib. Bununla belə, Səlim Müslümov Fondda bir sıra şöbələrin ləğv edilməsi ilə bağlı da qərar çıxarıb.
Nazirliyin Aparat rəhbəri Əjdər Ol unikal.org-a faktı təsdiqləyib və bildirib ki, bu cür islahatlar davam edəcək.
Xatırladaq ki, mart ayının 19-da Azərbaycan Prezidenti İlham Əliyev əhalinin sosial müdafiəsi sahəsində idarəetmənin təkmilləşdirilməsi tədbirləri haqqında fərman imzalayıb. Fərmana uyğun olaraq Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturuna daxil edilib.