Əhməd Arslan: "ABŞ İstanbuldakı beynəlxalq hava limanındakı vəziyyəti başqa ölkələrdəki hava limanlarla qarışdırmasın
Unikal.org-un məlumatına görə, bunu bu gun jurnalistlərə açıqlamasında Türkiyənin nəqliyyat, gəmiçilik və kommunikasiya naziri Əhməd Arslan bildirib.
Elektron qurğuların daşınmasına qoyulacaq müvəqqəti qadağa İstanbul da daxil olmaqla, Misir, İordaniya, Küveyt, Mərakeş, Qətər, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinin beynəlxalq aeroportlarından ABŞ-a uçacaq təyyarələri əhatə edəcək. Ə. Arslan isə bildirib ki, Türkiyə beynəlxalqhavalimanlarında təhlükəsizliklə bağlı bütün tədbirləri həyata keçirir: "ABŞ-ın bu addımı doğru deyil. Məsələ ilə bağlı ABŞ-ın müvafiq orqanları ilə müzakirələr aparılır. Elektron qurğular təyyarədə sərnişinlərin daha komfort, rahat şəraitdə uçuşunda rol oynayır. İstanbuldakı beynəlxalqhavalimanlarından il ərzində 80 milyona qədər insan istifadə edir. Bu qadağanın tətbiqihavalimanlarında sərnişinlərin sayının azalmasına səbəb olacaq.