Moskva polisi "Vkontakte sosial şəbəkəsində 13 yaşlı məktəbliyə öz anasına hücum etməyi tapşıran "ölüm qrupunun administratorları barədə məlumatı yoxlayır.

Unikal.org xəbər verir ki, bu barədə  "Moskva şəhər xəbərləri agentliyi hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən məlumat yayıb.

Mənbənin sözlərinə görə, polisə müraciət edən qadın bildirib ki, oğlunun "göy balina qurupundakı yazışmasını oxuyub. Orada bir neçə tapşırıq sadalanıb ki, onlardan biri də "öz anasını bıçaqlamaq olub.

"Bundan əlavə cari ilin fevral ayının əvvəlində qadın oğlunun qollarında kəsiklər görüb. Vətəndaş həmçinin qeyd edib ki, mənzilə daima naməlum şəxslər zəng edirlər və susurlar, - nəşrin sözçüsü deyib.

Agentliyin məlumatına görə, oğlanın anası McDonald's restoranlar şəbəkəsinin işçisidir və Bolşaya Ordınka küçəsində yaşayır. Qadının oğlu kadet məktəbində yeddinci sinifdə oxuyur.