Somalinin paytaxtı Moqadişoda törədilən dörd partlayış nəticəsində azı 50 nəfər ölüb.
Unikal.org-un Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, partlayışlar bir-birinin ardınca prezident sarayı, Milli teatr, Müdafiə nazirliyi və "Daya hoteli qarşısında baş verib.
Hadisə nəticəsində azı 10 nəfər yaralanıb.
Terror aktlarına görə məsuliyyəti "Əş-Şəbab qruplaşması öz üzərinə götürüb.
"Əl Qaidə qruplaşması ilə əlaqəli olan "Əş-Şəbab Somalidə terrorçu fəaliyyətlə məşğuldur. Qruplaşma ölkənin mərkəzi hakimiyyət orqanlarına qarşı silahlı mübarizə aparır.