Suriyanın Afrin kəndini qoruyan Rus əskərləri Hələbdə təşkil olunan Novruz bayramı şənliyinə qatılıblar.

Unikal.org türkiyə mətbuatına istinadən xəbər verir ki, şənlikdə PKK-nın bu ölkədəki qolu olan PYD-nin silahlı qanadı sayılan YPG və YPJ plakatı önündə poz verərək kürdlərlə fotolar çəkiblər.

Bölgədəki Rus əsgərlərinin rəhbəri olan general Andrey Volkov da bu şənliyə qatılıb.

Qeyd edək ki, Rusiya Suriyada PKK-nın ortağı sayılan YPG-yə hərbi dəstək vermə iddiasını rədd etmişdi. Amma Rus ordusu hakimiyyətinin iç üzünü açaraq PKK terror təşkilatının nümayəndələri ilə şəkil çəkərək ssial şəbəkələrdə yayımlamağa başlayıb.