İŞİD-lə mübarizə üzrə koalisiya indiyə qədər İŞİD-in 180 liderini məhv edib.
Unikal.org xəbər verir ki, bu barədə informasiyanı ABŞ Dövlət Departamenti yayıb.
"Koalisiya qüvvələri İŞİD-ə indiyə qədər 19 min zərbə endiriblər. Nəticədə on min İŞİD döyüşçüsü, İŞİD-in 180 yüksək vəzifəli şəxsi məhv edilib. Döyüş meydanında Bağdadinin bütün müavinləri, İŞİD-in hərbi, informasiya, maliyyə, neft, xarici əməliyyatlar üzrə nazirləri yox edilib, - məlumatda bildirilir.