London metrosunun "Qrinviç stansiyasında şübhəli paket tapılıb.
Unikal.org "Daily Express-ə istinadən verdiyi xəbərə görə, insidentlə əlaqədar sərnişinlər stansiyadan təxliyə edilib.
Hadisə yerinə polis əməkdaşları gəlib. Stansiyaya giriş və çıxışlar bağlanıb.
Qeyd edək ki, martın 22-də Londonun Vestminster körpüsü üzərində terror aktı törədilib. Avtomobil ilə hərəkətdə olan naməlum kişi maşını piyadaların üzərinə sürüb. Lakin sonda maneəyə çırpılıb. Daha sonra kişi maşından çıxıb və bıçaqla polislərdən birinə xəsarət yetirib, ardınca polisin həmkarları caniyə atəş açaraq onu öldürüblər. Son məlumatlara görə, hadisə nəticəsində 5 nəfər ölüb, 40 nəfər yaralanıb.