Bolqarıstanda müğənni Sərdar Ortaçın konsertinin keçiriləcəyi əyləncə mərkəzi bomba xəbərdarlığı ilə boşaldılıb.

Unikal.org-un Türkiyə mətbuatına istinadən məlumatına görə, əraziyə baxış keçiriləndən sonra sənətçinin konserti baş tutub.

Sərdar canlı ifası ilə qonaqları əyləndirib. Lakin konsertin bitməsinə az qalmış onun halı pisləşib və dərhal təcili tibbi yardım maşını ilə o, xəstəxanaya aparılıb.

S.Ortaçın bu görüntüləri tamaşaçılardan birinin telefonu vasitəsilə çəkilib.