Rejissor Şahin Zəkizadənin ölümündən 40 gün keçir.
Unikal.org-un məlumatına görə, mərhumun xanımı Səbinə Zəkizadə onunla bağlı təəssüratlarını sosial şəbəkədə bölüşüb:
"Allah rəhmət eləsin, ömür, can yoldaşım. Yoxluğuna dözmək çox çətindir. Zaman su kimi axıb keçir. Bu həyatın mənim üçün sənsiz heç mənası yoxdur. Seyid Əli və Fatimə üçün həyata davam edəcəm. Biz əbədi həyatımızda qovuşacağıq. Bu ayrılığa necə dözüm?".
Qeyd edək ki, qan xərçəngindən əziyyət çəkən rejissor müalicə aldığı Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik Klinikasında fevralın 16-da dünyasını dəyişib.