Azərbaycanın tanınmış bəstəkarı, "Aypara" ansamblının rəhbəri Vaqif Gərayzadənin bu gün doğum günüdür.Onun 55 yaşı tamam olur.

Unikal.org xəbər verir ki, Vaqif Gərayzadə 27 mart 1961-ci ildə anadan olmuşdur.

V.Gərayzadə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllimidir. O, bir çox tanınmış mahnıların bəstəkarıdır. Bir çox tələbələri Azərbaycanın tanınmış müğənniləridir.

V.Gərayzadə əməkdar və xalq artistləri ilə işləmiş "W-Trio" qrupunun rəhbəri olmuşdur.

Ailəlidir, 2 övladı var.