Müğənni Cavanşir Məmmədov "Firuzə İbadova ilə sevgili olmuşam xəbərinə münsasibət bildirib.
O, Unikal.org-a açıqlamasında deyib ki, bu barədə heç yerdə belə bir fikir səsləndirməyib.
Əməkdar artist bildirib ki, bu xəbəri yazanı tapıb cəzalandıracaq: "Ayıbdır. Mənim 63 yaşım var. Onu kim yazıbsa, həmin adamı tapacam. Onu yazana paz.... Mən uşaq deyiləm. Kimdisə buradan öz payını götürsün. Mən 12 ildir əməkdar artistəm. Elə-belə bu adı almamışam. Sənətkar adamam. Ayıbdır belə söhbətlər yazmasınlar.
Əməkdar artist Cavanşir Məmmədov "GMC Yukon XL markalı avtomobili ilə maşın bazarında şəkillərinin yayılmasına da münasibət bildirib:
"Bu nə "xəbərdi yazırsız? Camaat gedib orda burda....(söyüş) Ona heç nə demirsiz? Ayıb olsun bunu yazanlara. Mən maşın satıram deyə kimsə onu internetə qoymalıdır? Yaxşı edirəm. "Zapadlodur maşın satmaq? Maşın mənimdi satıram daa. Mən sizin sisteminizi çoxdan bilirəm. Bu onun ağzına "tüpürür, o da bunun. Ayıbdır bəsdirin də. Adam tapmırsız? Sən yazmısan sənə də aiddir. Mən bilirəm sən yazmamısan. Onu yazana burdan səslənib deyirəm ki, buynuzun qaşınmasın, get otur yerində.