ARB TV-nin "Evgördü" verilişi əməkdar artist Elza Seyidcahanın evində qonaq olub.

Unikal.org xəbər verir ki , evini nümayiş etdirən müğənni şeirlərindən də danışıb:

"Bəzi insanlar mənim şeirlərimi şəhvət tərəfə yozurlar. Onları öz dilimdə və öz dillərində başa düşən insanlar var. Qınayanlar öz dillərində başa düşənlərdir. Allahın bizə bəxş etdiyi gözəlliklərdən yazıram. Hamısı təbiətin sevişməsindən doğulub. Sevgi məhəbbət olmasaydı, biz doğulmazdıq. Həm doğuluruq, həm doğuruq, həm doğuzdururuq. Bunu Allah etdirir bizə. Bunu gülüş kimi qəbul edirlərsə, C vitaminləri artır. Bir az dərinliklərinə varsalar, E və D vitaminləri də artar. Mənim öz dilimdə başa düşənlər bütün vitaminləri görürlər,öz dilində başa düşənlər isə C vitamini görürlər".