Almaniyanın "TUIfly aviaşirkətinin stüardessası uçuşların birində ikinci pilotu əvəz etməli olub.
Unikal.org-un məlumatına görə, "Boeing 737-800 təyyarəsi Fransa üzərində olarkən ikinci pilot özünü pis hiss edib. Kabinəni tərk edən pilotu təyyarənin stüardessalarından biri əvəz edib.
Aviaşirkət nümayəndəsinin sözlərinə görə, təyyarənin kapitanı və stüardessa öz işlərinin öhdəsindən məharətlə gəlib və təyyarə hava limanına uğurlu eniş edib.