ABŞ-ın Missuri şəhərinin Sent-Luis şəhərindəki kollecdə təhsil alan Megi Arçer (Maggie Archer) adlı tələbə kişilərlə görüşmədən onlardan pul qoparmaq üsulu tapıb.
Unikal.org-un "BuzzFeed saytına istinadən verdiyi məlumata görə, M. Arçer "Tinder tanışlıq saytındakı profilində cəlbedici fotosunu yerləşdirib və yazıb: "Ona 5 dollar göndər və sonra nə olacağına bax.
Kişilər pulu köçürdükdən sonra nə baş verəcəyini öyrənməyə çalışıblar, lakin qız əvəzində intriqanı artırıb və onlara özünün "PayPal hesabını göndərib. Hər dəfə 5 dolları aldıqdan sonra Megi profilində qeyd edib ki, həmsöhbəti onun xoşuna gəlməyib. "Tinderin qaydalarına əsasən "uyğun gəlmirlər düyməsini basdıqdan sonra həmsöhbətlər bir daha bir-birinə mesaj göndərə bilmir.
M. Arçer "BuzzFeedə açıqlamasında deyib ki, istifadə etdiyi üsulu aldatma saymır, çünki kişilərə heç nə vəd etmir. Əslində bu üsulu onun rəfiqəsi zarafat kimi fikirləşib, lakin ideya tətbiq olunduqdan sonra çox tezliklə gəlir gətirməyə başlayıb.
Megi ümumilikdə nə qədər pul qazandığını açıqlamayıb. "Tinderdən bildiriblər ki, istifadəçilərin pul toplaması xidmətin qaydalarına ziddir və M. Arçerin səhifəsi dondurulacaq.