Bakıda yanğın qeydə alınıb.

Unikal.org FHN-ə istinadən xəbər verir ki, Bakı şəhəri, Sabunçu rayonunda vətəndaşa məxsus ümumi sahəsi 100 m2 olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları yanıb.

Yaxınlıqdakı tövlə yanğından mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.