Pərvin Abıyeva dünən baş rolda çəkildiyi "The Game filminin qala gecəsində iştirak edib.
Unikal.org Publika.az-a istinadən xəbər verir ki, aktrisa filmdə dəlisov və imkanlı ailənin qızı rolunda çəkildiyini bidirib:
"Sakit, müasir, eyni zamanda da bir qədər dəlisov imkanlı ailənin qızını canlandırıram. Film mənə miras qalan almazları oğurlamaq istəyənlərə qarşı apardığım mübarizədən bəhs edir.
Pərvin Abiyeva doyüş səhnələrində çətinlik çəkdiyini etiraf edib: "Filmdə döyüş səhnələrində çəkilmişəm. Hətta döyüş səhnələrinə görə bir ay dərs aldım. Əlimdə və ayağımda salamat yer yox idi, göyərmişdi. Həyatda döyüşkən insan olmadığım üçün çətinlik çəkdim, lakin rolumun öhdəsindən layiqincə gəldiyimi düşünürəm. Çünki çox çalışdım. Filmdən verilən qonarar da qanedicidir".
Pərvin Abıyeva tezliklə pərəstişkarlarını yeni layihələri ilə sevindirəcəyini vurğulayıb: "Yeni filmə çəkilməyə hazırlaşıram, komediya janrındadır, deyəsən məni dramdan uzaqlaşdırmaq istəyirlər. Ümid edirəm ki, komediya janrı bir-iki ilə tükənəcək və mən istədiyim dram obrazını canlandıracam. Təəssüflər olsun ki, hələ istədiyim heç bir rolu oynamamışam. İstənilən səhnəyə çəkilməyə razı olmaram. Sırf Azərbaycan mentaliteti icazə vermədiyi üçün açıq səhnələrdən imtina edərəm. Xalqın qınağından çəkinirəm. Əslində, belə səhnələr bizdə qəbul olunub. Məsələn, "Təhminə və Zaur" illər əvvəl çəkilib, amma o film və oradakı açıq səhnələr hər kəs tərəfindən qəbul edilib. Bu gün hamımız oturub ona böyük maraqla baxırıq. Bu, bəlkə də Təhminə rolunda türkiyəli aktrisanın çəkilməsindən irəli gələ bilər.
P.Abiyeva ayrıldığı sevgilisi ilə münasibətilərinə də aydınlıq gətirib: "Bir neçə aydır barışmışıq, lakin münasibətlərimiz əvvəl kimi möhkəm deyil. Ayrılmağımızın səbəbi qısqanclıq və işlərimin çox olması idi. O da, mən də qısqanc insanam. Sevgilim məmur oğlu deyil, sadəcə iş adamıdır.