"Normal adamları sevin. İnsanın ilk öncə səsində rahatlıq, baxışlarında istilik, əllərində şəfqət axtarın".
Unikal.org bildirir ki, bu sözləri Azəri qızı Günel sosial şəbəkədə yazıb:
"Sevgidən öncə hörmət etməlidir. İtirdiyi qədər incitməkdən də qorxmalıdır. Gücünü yalnız sizə sərf edən adam axtarın. Ona baxanda yaralarınızı yox, sevildiyinizi hiss edin".
Qeyd edək ki, Azəri qızı Günel bir neçə ay öncə türkiyəli iş adamı Cem Ozan Torunlarla nişanlanıb.