Moskvada Yəhudi muzeyində rus tarixçi, tədqiqatçı Andrey Sarabyanovun kuratorluğu ilə sərgi keçirilib.

Unikal.org-un Rusiya KİV-nə istinadən verdiyi məlumata görə, sərgidə Elya Lisitsko, Mixail Matyuşina, Aleksandr Rodçenko, Roman Semaşkeviç və digər rəssam-ananqardların 100-dən çox əsəri nümayiş olunub.

Qeyd olunur ki, kolleksiya Rusiyanın 17 şəhərindən toplanıb.

Sərgidə Pavel Lunqin, Konstantin Qayday, Aleksandr Boroda və digər qonaqlar, eləcə də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva da iştirak edib.