Unikal.org-un "BBC" agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Daxili İşlər Nazirliyi məlumat verib.

Yürüşün təşkilatçılarının dediklərinə görə, onlar 1-ci Tversko-Yamskaya küçəsi ilə Manej meydanına yürüməyə cəhd ediblər.

Yürüşün başlayacağı yerə əvvəlcədən iki polis avtofurqonu və avtomobili və həmçinin zirehli gödəkçə geyinmiş polis zabitləri yığılıb.

Yürüşün keçirildiyi ərazidə olan polislər səsucaldanla yürüş iştirakçılarına digər vətəndaşların küçə ilə hərəkətinə mane olmamalarına dair xəbərdarlıq edirlər.

İştirakçılara həmçinin polis zabitlərinin əmrlərinə riayət etmədikləri halda inzibati tədbirlərin tətbiq ediləcəyi deyilib.