Türkiyədə FETÖ-nün 15 iyul çevriliş planının bir nömrəli şəxsi olan Hərbi-Hava Qüvvələrinin sabiq baş komandanı, ordu generalı Akın Öztürkün Azərbaycanla əlaqələrinə dair yeni detal açıqlanıb.

Unikal.org Qafqazinfo-ya istinadən xəbər verir ki, bu gün general Öztürkün xarici ölkələrdə zəngləşdiyi abonentlərin telefon nömrələrini də dərc edib. Belə məlum olur ki, hərbi qiyamın lideri Azərbaycanda "Azərcell"in 051 660 00 38 nömrəli mobil telefon nömrəsi ilə iki dəfə danışıb.

Unikal.org-un əldə etdiyi məlumata görə hazırda nömrə işləmir. Nömrə isə İbrahim adlı şəxsə məxsusdur.