Rusiya Milli Antiterror Komitəsi Sankt-Peterburqda metroda baş verən terror aktı nəticəsində ölən və yaralıların sayı haqqında yeni məlumat açıqlayıb.

Unikal.org-un apa-ya istinadən məlumatına görə, MAK terror aktı nəticəsində 11 nəfərin oldüyünü, 45 nəfərin isə yaralandığını bildirib.

Qeyd edək ki, bu gün günorta saat 14:40 radələrində Peterburq metropoliteninin "Texnoloji institut" və Sennaya ploşşad" stansiyaları arasında vaqonda partlayış baş verib.

Bundan başqa MAK Peterburq metorpoliteninin "Ploşşad Vostaniya" stansiyasında da əldəqayırma partlayıcı quröu aşkarlıyıb. Partlayıcı zərərsizləşdirilib.

Rusiya İstintaq Komitəsi məlum hadisəni terror aktı kimi qiymətləndirib. Fakta bağlı terror aktı maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır. Sankt-Peterburq rəhbərliyi şəhərdə 3 günlük matəm elan edib.

xxxxxxxxxxxxxxxxxxxxxxxxx

Rusiya səhiyyə naziri Veronika Skvortsova Sankt-Peterburq metrosunda baş vermiş partlayış nəticəsində ölən və yaralananların sayını açıqlayıb.

Unikal.org-un verdiyi məlumata görə, nazir bildirib ki, partlayış nəticəsində 10 nəfər ölüb, 47 nəfər yaralanıb.

xxxxxxxxxxxxxxxxxxxxxxxxx

Sankt-Peterburqda metroda baş vermiş partlayışlar zamanı 9 nəfər həlak olub, 20-dən çox insan xəsarət alıb.

Unikal.org-un RİA "Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə Milli Antiterror Komitəsinin (MAK) mətbuat xidmətindən xəbər verilib.

"İlkin məlumata görə, Sankt-Peterburqda metroda baş vermiş partlayışlar nəticəsində 9 nəfər həlak olub, 20-dən çox insan yaralanıb. Xəsarət alanlar arasında ağır vəziyyətdə olanlar da var. Bütün zərərçəkmişlərə lazımi tibbi və psixoıoji yardım göstərilir", - məlumatda deyilir.