Rusiyanın Sankt-Peterburq şəhərində metroda baş verən partlayışla bağlı yeni informasiya yayılıb. 

Unikal.org Rusiya mətbuatına istinadən bildirir ki, İnstagram-ın "negodovanye" profilinin Katya Rubanova adlı istifadəçisi partlayışdan 7 saat əvvəl öz şəxsi səhifəsində "Çoxdandır terror olmur... Bu gün olacaq... Gözləyin" yazıb. Onun paylaşdığı foto soyuducu motoruna oxşayır. 

Böyük ehtimalla təhlükəsizlik əməkdaşlarını da elə bu görüntü ilə aldadıblar.