Sankt-Peterburq metrosunda baş verən terror aktında yaralananlar arasında azərbaycanlının olduğu təsdiqlənib.
Unikal.org xəbər verir ki, bu barədə apa-ya Peterburqdakı Azərbaycan diasporunun nümayəndəsi Elşən Həmzəyev məlumat verib. O, yaralının 28 yaşlı Zaur Vəliyev olduğunu söyləyib.
E. Həmzəyev həmyerlimizin Peterburqun İ.Canelidze adına elmi-tədqiqat institutunun təcili tibbi yardım xəstəxanasına yerləşdirildiyini bildirib.
Xəstəxanadan APA-ya verilən məlumata görə, Zaur Vəliyevin vəziyyəti orta-ağır qiymətləndirilir.
xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx
Sankt-Peterburq metrosunda baş verən partlayış nəticəsində yaralıların ilkin siyahısı açıqlanıb.
Unikal.org-un life.ru-ya istinadən verdiyi xəbərə görə, hazırda siyahıda 16 nəfərin adı var.
Onlardan biri 28 yaşlı Zaur Vəliyevdir. Onun azərbaycanlı olduğu ehtimal edilir.
Xatırladaq ki, bu gün Sankt-Peterburq metrosunda törədilən partlayış nəticəsində 10 nəfər ölüb, 47 nəfər yaralanıb.