"Azərbaycan Dəmir Yolları" QSC-nin İnfrastruktur Departamenti yol təsərrüfatı malları, "Dəmiryolservis" MMC rels qaynaq qatarında istifadə edilən mal-materialların alınması, Sərnişin daşımaları Departamenti Bakı Dəmir Yolu Vağzalının inzibati binası, vağzalın platforması, köməkçi binalar və yeraltı keçidlərin gündəlik təmizlənməsi ilə əlaqədar açıq tenderlər elan edib.

Unikal.org xəbər verir ki, QSC-nin hər bir strukturunun keçirdiyi tenderlər bir lot üzrə keçirilir. İnfrastruktur Departamenti və "Dəmiryolservis" MMC-nin tenderlərində iştirak haqqı 300 manat təşkil edir. Sərnişin daşımaları Departamentinin tenderində iştirak haqqı isə 400 manatdır.

İddiaçılar zəruri sənədləri 10 may saat 18:00-dək, tender təklifi və zəmanət blankını isə 18 may saat 18:00-a qədər Bakı şəhəri, D.Əliyeva küçəsi,230 ünvanına təqdim etməlidirlər. İddiaçıların təklifləri 19 may saat 11:00-da göstərilən ünvanda açılacaq.