"Bu gün Azərbaycan Silahlı Qüvvələrin şəxsi heyətinin ərzaq təminatı 90-cı illərdə olduğundan qat-qat hər cəhətdən fərqlənir"

Image result for üzeyir cəfərovBu fikirləri Unikal.org-a açıqlamasında Milli Ordunun keçmiş briqada komandirinin müavini, ehtiyatda olan polkovnik-leytenant, hərbi ekspert Üzeyir Cəfərov deyib. 

O, qeyd edib ki, mütəmadi olaraq əsgər valideynləri üçün keçiriən "Açıq qapı" günlərində hərbi hissə və birləşmələrdə, müxtəlif qoşun növlərində olan əsgər valideynləri və ictimaiyyətin nümayəndələri, mətbuat nümayəndələri öz gözləri ilə şəxsən reallığı görür və özləri də əsgər yeməkxanalarında əsgər və zabitlərimizə həm stasionar, həm də səhra şəraitində verilən yeməklərin həm dadına, həm də çeşidinə şahidlik edirlər: "Verilən milli yeməklər ilə bərabər əsgərlərimizə milli istehsal olan müxtəlif meyvə şirələri və meyvələrin özləri də mütəmadi olaraq verilir. Ona görə də, verilən şirələrin həm çeşidi, həm də tərkibi rəngarəngdir. İndi mən dəqiq deyə bilmərəm hansı şirə və meyvələr konkret hansı günlərdə verilir, amma onu tam əminliklə deyə bilərəm ki, alma, feyxoa, narıngi, potağal, üzüm meyvələrinin həm şirələri, həm də meyvələrin özlərini və qurudulmuşları əsgərlərin gündəlik yemək rasionunda görmək mümkündür. Ümumiyyətlə isə son illər əshərlərimizin ən ucqar xidmət yerlərində belə keyfiyyətli və yüksək kalorili yeməklərlə, meyvə və meyvə şirələri ilə təmin edilməsində xeyli irəliləyişlər var. Bu proses daim davam etdirilir və inanıram ki, tez bir zamanda bizim bütün güc strukturlarımızda bu vacib məsələ öz həllini tapacaqdır".

Həsən Babayev