Prezident İlham Əliyevin tapşırığına əsasən, Fövqəladə Hallar Nazirliyi (FHN) yaxın günlərdə Azərbaycan hökuməti adından Cibuti Respublikasına humanitar yardım göndərəcək.

FHN-in mətbuat xidmətindən Unikal.org-a verilən məlumata görə, "Azərbaycan Hava Yolları Qapalı Səhmdar Cəmiyyəti tərəfindən ünvana çatdırılacaq humanitar yardımın yola salınması üçün müvafiq hazırlıq işlərinə başlanılıb.