Samsunda biznesmen olan 58 yaşındakı Şəmsəddin Akdaş "Çirkin" adını verdiyi itən qarğasını biznesmen yoldaşlarıyla küçə-küçə axtarır.

Unikal.org xəbər verir ki, Şəmsəddin Akdaş 3 il əvvəl yuvasından düşən və pişiklərin hücumuna uğrayan qarğa balasını sahibi olduğu marketinin içində bəsləməyə başladı. "Çirkin" adını verdiyi qarğaya sanki bir körpə kimi baxaraq özünə öyrəştirməyi bacara bilib.

Şəmsəddin Akdaş, təxminən bir ay əvvəl itən "Çirkin" adlı qarğanı biznesmen yoldaşlarıyla küçələri gəzərək tapmağa çalışır.

Akdaş, AA müxbirinə etdiyi şərhdə, qarğasının itməsi səbəbiylə çox kədərləndiyini söyləyib.
Ona uşaq kimi baxdığını, eyni qabda yemək yediklərini dilə gətirən Şəmsəddin Akdaş fikirlərini belə izah edib:

"Əlimdəki yeməyi alırdı. İş yerimdə qalardı. Səhərlər çölə çıxar, gəzərdi. Acan kimi dükana dönərdi. Çox alışmışdım ona, bazarın da maskotu olmuşdu. Bir ay əvvəl qarğa dükandan çıxdıqdan sonra bir daha geri dönmədi. "Çirkin"mi tapana iki min lirə pul mükafatı verəcəm".