Unikal.org axsam.az-a istinadən gecə rahat yeyə biləcəyiniz qidaları təqdim edir:
Yumurtalı yemək
Axşam yumurta yemək olar. Onu omlet, kükü formasında hazırlaya bilərsiniz. Ən əsası ona yağ vurulmamalıdır.

Pendir, üzüm və qoz
Az miqdarda pendir cəmi 100 kaloridir. Gecə pendir yemək metabolizmi yaxşılaşdırır. Bunun yanında bir neçə ədəd üzüm və qoz istifadə edə bilərsiniz.

Balqabaq püresi və hinduşka filesi
Axşam çox yeməyi sevənlər hündüşkü filesindən və balqabaqdan hazırlanan yemək yesinlər. Hündüşka əti toyuqdan daha tez həzm olunur.

Qarğıdalı
Yatmazdan əvvəl acsanız, təbii qarğıdalı yeyin. O, orqanizmdəki xolestrin balansını qaydasına salır.

Balıq
Axşam yeməyində ağ balığa üstünlük verin. Çalışın onu buxarda bişirin.
