Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu Müəllif Hüquqları Agentliyi ilə birgə təşkil etdikləri fərdi jurnalist yazıları müsabiqəsinin elanını açıqlayıb.

Unikal.org bildirir ki, yazı müsabiqəsinin məqsədi əqli mülkiyyət sahəsinin səmərəli fəaliyyətinin, dayanıqlı inkişafının və şəffaflığının təmin edilməsi, Azərbaycan xalqına məxsus mədəni irsin qorunması, erməni plagiatçılığına qarşı mübarizə, müəlliflik hüququ və əlaqəli hüquqlara əsaslanan kreativ sənayenin müasir iqtisadiyyatda rolunun və əqli mülkiyyətin bilik və informasiya cəmiyyətinə təsirinin artırılması, o cümlədən bu sahədə hüquqi maarifləndirmənin genişləndirilməsi işinə kütləvi informasiya vasitələrinin cəlb edilməsidir.

Yazılarn mövzusu: "İnformasiya cəmiyyətində müəlliflik və digər əqli mülkiyyət hüquqlarının mədəni, iqtisadi və hüquqi əhəmiyyəti"

Müsabiqə elan olunan günədək ən azı bir il müddətində kütləvi informasiya vasitələrində (qəzet, jurnal, informasiya agentlikləri) fasiləsiz çalışan şəxslər müsabiqədə iştirak edə bilərlər.

Ətraflı məlumat üçün kivdf.gov.az saytından yararlana bilərsiniz.