Aparıcı Zaur Baxşəliyev bu gün səhər saatlarında şəhərə piyada gəzintiyə çıxıb.

Unikal.org-un məlumatına görə, aparıcı Nəriman Nərimanov metrostansiyasının yanından 28 Maya qədər piyada gedib.

Videosunu İnstaqramda paylaşan Z.Baxşəliyev bunları qeyd edib:

"Sən insanlara bitənə qədər lazımsan. Tükəndinsə, lazımsız bir əşya kimi atılacaqsan. Canın əldən getdisə, demək gərəksizsən. Hətta zamanla doğmaların da səndən çönər. Hərdən ağır xəstəliyə tutulan insanların ən yaxınları belə, "ölsəydi, canı qurtarardı deyir. Özünüzü yaşayın, rahat olun. Özünüzü düşünməsəniz, kimsə sizi düşünməyəcək. İndi "Ay Zaur, səndən yoxdur, sən bir dənəsən yazırlar. Sonra da yazacaqlar "Bax necə qocaldı, bu da belə getdi deyiləcək. Ona görə də öz həyatını doya-doya yaşa.

Z.Baxşəliyev daha sonra "Bəlkə yüz-iki yüz maşın, siqnal verib keçir. Heç biri saxlayıb demir ki, bəlkə nəsə lazımdı, aparaq. Görün efirdə olmasam, necə davranarlar. İnsanlar tamam yaddan çıxararlar.Ona görə də tez-tez yeriyirəm ki, Zaur, göylə uçma, bir gün qanadın qırılar, dəyərsən yerə. Efir boş şeydir" sözlərini əlavə edib.axşam.az