"Qəbula gələn yaşlı şəxslə qeyri-etik rəftarı əks etdirən videogörüntülər mənim kabinetimdə çəkilməyib.

Bu sözləri unikal.org-a sosial şəbəkədə yayılan görüntülərin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Saatlı rayon Məşğulluq Mərkəzinin direktoru Bayram Mikayılov deyib.

O əlavə edib ki, bütün bu olaylar keçmiş həyat yoldaşından boşanandan sonra baş verib:

"Əvvala qeyd edim ki, video mənim kabinetimdə çəkilməyib və sizdə bununla yerində tanış ola bilərsiniz. Bütün yayılan məlumatlar monatjdır və məqsədləri isə məni şantaj etməkdir. Bu təxribatlar arxasında isə mənim keçmiş həyat yoldaşımın ailəsi durur. Xüsusən bu şantajların arxasında keçmiş həyat yoldaşımın əmisi Laçın rayon keçmiş İcra başçısı Ramiz Cəbrayılov dayanır. Buna sübut olaraq əlimdə kifayət qədər faktlar var.

Qeyd edək ki, artıq məsələ ilə bağlı DİN-nin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə və məhkəməyə müraciət edilib.