Bərdədə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Unikal.org-un apa-ya istinadən xəbərinə görə, rayonun Küçərli kənd sakini, 2002-ci il təvəllüdlü Yunusov Nicat Səməd oğlu yolu keçərkən VAZ 2107 markalı avtomobil tərəfindən vurulub.

Xəsarət alan N. Yunusov Bərdə Mərkəzi Rayon Xəstəxanasına çatdırılsa da, onun yolda dünyasını dəyişdiyi məlum olub.

Faktla bağlı araşdırma aparılır, sürücünün kimliyi dəqiqləşdirilir.