Ali təhsil müəssisələrinin I-V ixtisas qruplarının və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulu başa çatıb.

Unikal.org-un xəbərinə görə, elektron ərizəsinin təsdiq olunmasını təmin etməyən abituriyentlər qəbul imtahanına buraxılmayacaq.

Qeyd edək ki, ali təhsil müəssisələrinə qəbul olmaq üçün I-IV ixtisas qrupları üzrə keçirilən birinci (yaz) qəbul imtahanları II və III ixtisas qrupları üzrə aprelin 30-da, I və IV ixtisas qrupları üzrə isə mayın 7-də keçiriləcək.