Sulutəpə qəsəbəsində intihar hadisəsi baş verib.
Unikal.org xəbər verir ki, Binəqədi Rayon Prokurorluğundan Trend-ə verilən məlumata görə, qəsəbə sakini, 1972-ci il təvəllüdlü Əliyev Müşfiq Cənnət oğlu özünü yaşadığı evin həyətindəki qaz borusundan asaraq intihar edib.
İntiharın səbəbləri hələlik məlum deyil. Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsilə cinayət işi başlanılıb.