Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Polşada estoniyalı həmkarı Sven Mikserlə görüşüb.

Unikal.org-un APA-ya istinadən verdiyi xəbərə görə, görüş zamanı ikitərəfli münasibətlər, Şərq Tərəfdaşlığı çərçivəsində əməkdaşlıq, habelə Azərbaycanın Avropa İttifaqı ilə əlaqələri müzakirə olunub.