Mədəniyyət və Turizim Nazirliyi "Sovetskidə məscidlərinə sökülməsinə münasibət bildirib. 

Nazirliyin mətbuat xidmətinin rəhbəri Vüqar Şıxəmmədov Unikal.org-a açıqlamsında deyib ki, Abdulla Şaiq küçəsindəki "Hacı Cavad və Mustafa Sübhi küçəsi 63-də yerləşən "Hacı Əbdülrəhimbəy Qulubəyov məscidi ötən il qorunan abidələr siyahısından çıxarılıb: "Mütəxəssislər sözügedən məscidlərə baxış keçiriblər. Son qərara əsasən həmin məscidlərin bərpası və yenidən qurulması mümkün olmayıb. Dayanıqlığı zəif olduğu üçün qərar gəlinib ki, məscidlər qorunan abidələr siyahısından çıxarılsın.

Xatırladaq ki, Hacı Cavad məscidi XIX əsrdə inşa olunub və Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən yeni aşkar olunmuş tarix və mədəniyyət abidələrinin siyahısına daxil edilmişdi. "Hacı Əbdülrəhimbəy Qulubəyov məscidi isə 1908-ci ildə inşa olunub və bu ay Nazirlər Kabinetinin çıxardığı qərara qədər 3607 inventar nömrəsi ilə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən yerli əhəmiyyətli tarix və mədəniyyət abidəsi kimi qorunurdu.