UEFA Avropa Liqasının 1/4 final mərhələsinin ilk oyununda "Beşiktaş" "Lion"la qarşılaşır.
Unikal.org xəbər verir ki, matçdan əvvəl iki komandanın azarkeşləri arasında insident yaşanıb.
Belə ki, hələ oyununun başlamağına dəqiqələr qalmış azarkeşlər əvvəlcə sözlü atışmağa, ardınca isə fiziki münaqişəyə başlayıblar.
Bəzi tərəfdarlar hətta meydançaya da daxil olublar. "Lion" rəhbərliyinin verdiyi ilkin açıqlamada bildirilib ki, yuxarıdakı tribunalardan məşəllər atıldığı üçün aşağıdakı azarkeşlər meydana enməyə məcbur olublar.
Qeyd edək ki, "Lion" - "Beşiktaş" matçı saat 23:05-də başlamalı olsa da, hadisələr səbəbindən gecikir.