Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi ilə Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən "Təhsili dəyərə çevirək devizi altında reallaşdırılan layihələrin 9 hədəfindən biri "Ekologiya və Sağlamlıqdır.

Unikal.org xəbər verir ki, bu məqsədlə, "Azərbaycan Sağlamlıq və Termal Turizminə Assosiasiyasının təşkilati dəstəyi ilə 46 saylı məktəbin şagird və müəllim kollektivinin Naftalan şəhərində "Azərbaycanın Təbii sərvətləri və Biomüxtəlifliyi mövzusunda keçirilən seminar-ekskursiyada iştirakı baş tutub.

Seminar-ekskursiyada, "Azərbaycan Sağlamlıq və Termal Turizminə Assosiasiyasının sədri Ruslan Quliyev açılış nitqi ilə çıxış etdi. 

O bildirdi ki, belə tədbirlərin təşkilində məqsəd şagirdlərin bilik fəaliyyətini stimullaşdırmaq,eyni zamanda onların ölkəmizin sağlamlıq turizm potensialı ilə əyani tanış etməkdən ibarətdir. Daha sonra, "Qaşaltı Naftalan otelinin direktoru Rasim Mirzəyev şagirdlərə Naftalan şəhəri və turizmi haqqında məlumatlar verdi və şagirdlərin suallarını cavablandırdı.

Naftalan nefti haqqında iştirakçılara məlumat verən otelin baş həkim müavini Kəmaləddin Şahmuradov analoqu olmayan Naftalan neftinin tarixi və müalicəvi əhəmiyyətlərindən bəhs etdi. Fizioterapevt Elnarə Hacıyeva otelin müalicə və reabilitasiya xidmətləri haqqında şagirdlərə məlumat verdi.

46 saylı məktəbin direktoru Sevinc Budaqova da, öz növbəsində belə layihələrin keçirilməsinin davamlılığının əhəmiyyətini qeyd etdi. Təşkilatçılara və iştirakçılara öz təşəkkürlərini bildirdi. Seminarın sonunda şagirdlərə sertifikatlar təqdim olundu.

Seminardan sonra Nafftalan şəhəri ilə tanış olan ekskursiya iştirakçıları Heydər Əliyev mərkəzini ziyarət etdilər. 

Layihə ilə bağlı tədbirlərin keçirilməsi davam etdirilir.