Bakıda 41 yaşlı kişi yaşadığı evdə bıçaqlanıb.

Unikal.org "Report"a istinadən xəbər verir ki, hadisə Xəzər rayonunda qeydə alınıb.

Belə ki, rayonun Qışlaq kəndində 1976-ci il təvəllüdlü Məmmədov Murad Vaqif oğlu yaşadığı evdə bıçaqlanıb. O, yaralı halda küçəyə qaçıb.

M.Məmmədov xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır.