Yerli şou-biznesə bomba kimi düşən, bir-birinin ardınca mahnı oxyub, klip çəkdirən müğənnilərdən biri də Sevinc Ağaşirinova olub. Ona görə "olub deyirik, çünki son bir ildə gənc ifaçı sözün əsl mənasında, yoxa çıxıb. Sosial şəbəkələrdə aktiv olan, maqazin proqramlarında sıx-sıx görünən müğənninin aqibəti bizim üçün çox maraqlıdır.
Unikal.org xəbər verir ki, S.Ağaşirinova istifadəçisi olduğu sosial şəbəkələrdə aktivliyini tamamilə dondurub. Hətta artıq efirlərə də çıxmır.
Görəsən, nə baş verir? Etibarlı mənbədən big.az-ın redaksiyasına daxil olan məlumata görə, S.Ağaşirinova Binəqədi rayonu ərazisində yerləşən mənzilindən də köçüb. Buna səbəb isə, ikinci dəfə ailə həyatı qurması göstərilir. Mənbənin bildirdiyinə görə, ikinci dəfə ailə quran S.Ağaşirinovanın həyat yoldaşı ona, efirə çıxmağı, ümumiyyətlə, müğənni kimi fəaliyyət göstərməyi qadağan edib.
Əlavə edək ki, iki dəfə nikahda olub, boşanan Sevincin ikinci evliliyindən Yəhya adlı 3 yaşında bir oğlu var.
Müğənninin özü ilə telefon bağlantısı qurmaq istəyi də boşa çıxdı. Çünki onun telefon nömrəsi artıq istifadə olunmadığı üçün aktiv deyildi.